Lavrov Yaxın Şərqdə böyük müharibənin başlayacağı ilə bağlı xəbərdarlıq edib

A- A A+

Kollektiv Qərb ölkələri Yaxın Şərqi böyük müharibənin astanasına sürükləyir.

NUHÇIXAN xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Bilik. Birinci” təhsil marafonunda çıxışı zamanı bildirib.

"İndi biz anqlo-saksların Yaxın Şərqi sözün əsl mənasında necə böyük müharibə astanasına sürüklədiyini görürük. Bu xətt digər regionlarda, o cümlədən Ukraynada özünü tam şəkildə büruzə verir. Nümunələr çoxdur, amma nəticə eynidir: dövlətçiliyin itirilməsi və ya zəifləməsi, Necə ki, bunu İraqda, Liviyada etdilər, Suriya Ərəb Respublikası ilə etməyə çalışdılar", deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov qeyd edib ki, Qərb ölkələrinin bu cür siyasətinin nəticəsi terrorizm və ekstremizmin artması, insan talelərinin sındırılması, dağılmış ailələr, çoxmilyonlu qaçqın axınları oldu.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: