Zelenski hərbi vəziyyətin daha 90 gün uzadılmasını təklif edib

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin davam etdirilməsi və ümumi səfərbərlik haqqında qanunları Ali Radanın (parlamentin) müzakirəsinə təqdim edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin mətbuat xidməti məlumat yayıb.

Zelenski hərbi vəziyyətin və ümumi səfərbərliyin qüvvədə olma müddətinin bu ilin 16 noyabrdan etibarən 90 gün müddətinə uzadılmasını təklif edib.

Qanun layihəsi parlament tərəfindən təsdiq olunmalıdır ki, müddət uzadılsın və səsvermə bu həftə, çox güman ki, 8 noyabrda həyata keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: