Ermənistan parlamentinin keçmiş üzvü Araqas Axoyan saxlanılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, o, sosial şəbəkə səhifəsində zorakılığa çağırışa material yerləşdirib.
Qeyd edək ki, o, 2021-ci il yanvarın 28-də İrəvandakı “Respublika” meydanında baş nazir Nikol Paşinyanın istefasını tələb edənlərdən olub. Onda Axoyan bir neçə nəfərlə birlikdə hökumət binasını ələ keçirməyə cəhd göstərmişdi.
Məlumata görə, 2022-ci ilin aprelində məlum olub ki, Axoyan Ermənistan Cinayət Məcəlləsinin zorakılığa açıq çağırışlar, ictimai əsaslandırma və ya zorakılığın təbliği maddələri ilə ittiham olunub.
Araqas Axoyan 2010-2012-ci illərdə Qagik Sarukyan və Robert Koçaryanın təsis etdiyi "Çiçəklənən Ermənistan" Partiyasından deputat olub.