Ankarada Türkiyənin və Belarusun xarici işlər nazirlərinin görüşü olub

A- A A+

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada səfərdə olan belaruslu həmkarı Sergey Aleynik ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, görüşdə regional məsələlər və ikitərəfli əlaqələr müzakirə olunub.

Rusiya-Ukrayna münaqişəsinə toxunan Hakan Fidan bu problemin qlobal və regional səviyyədə mənfi təsirlərindən söz açıb.

Bildirilib ki, Türkiyə bu qarşıdurmanın beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır. Tərəflər arasında bu istiqamətdə fikir birliyi yarandığı təqdirdə Türkiyə müzakirələrə ev sahibliyi etməyə hazırdır.

Görüş zamanı İsrail-Fələstin qarşıdurmasına da toxunulub. Bölgədə atəşkəsin təcili elan edilməsi, zərər çəkən mülki şəxslərə humanitar yardımların davamlı və fasiləsiz çatdırılmasının vacibliyi vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: