Ukraynanın idman naziri istefa verib

A- A A+

Ukraynanın gənclər və idman naziri Vadim Hutsayt işdən çıxmaq haqqında ərizə yazıb. Sənəd artıq Ali Radaya (birpalatalı parlament) çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Ruslan Stefançuk feysbukda yazıb.

“Ukraynanın Ali Radasına Ukraynanın gənclər və idman naziri V.M. Hutsaytın işdən çıxmaq haqqında ərizəsi çatıb”, – parlament nəql edib.

Onun sözlərinə görə, sənədə yaxın günlərdə baxılacaq.

Stefançuk ərizənin surətini də paylaşıb. Orada Hutsayt qərarının səbəbini açıqlamayıb.

Xatırladaq ki, ötən gün “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya parlamentin bu həftə nazirlərdən birini vəzifədən azad edəcəyini bildirmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: