Ukrayna rəsmisi: “Qərb tərəfdaşlarımız silah tədarükünü təxirə salırlar, bu, xəstə beynin məhsuludur"
“Qərb tərəfdaşlarımız silah tədarükünü təxirə salırlar”.
NUHÇIXAN “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov telemarafonun efirində deyib.
O bildirib ki, Rusiya ilə müharibədə qələbə təkcə Ukraynadan asılı deyil: “Bu, həm də Qərbin silah tədarükündən asılıdır. Amma tərəfdaşlarımız Rusiyanı qıcıqlandırmamaq üçün silah tədarükünü təxirə salırlar. Bu, xəstə beynin məhsuludur və heç bir uzaqgörən nəticə vəd etmir”.
O.Danilov söyləyib ki, Rusiyaya qarşı diplomatik zərbələr nəticə verməyəcək: “Bizə qələbə lazımdır. Bu, mütləq olacaq. Mən çox istərdim ki, müharibə gələn il bitsin. Amma bu, təkcə bizdən asılı deyil”.
O qeyd edib ki, indi tamamilə fərqli müharibə gedir: “Bu, texnologiya, dron müharibəsidir”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir.