Darfurdan 8 mindən çox sudanlı Çada qaçıb, 800 nəfər öldürülüb

A- A A+

Darfur bölgəsində artan zorakılıqlara görə son bir həftə ərzində 8 mindən çox sudanlı Çada qaçıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, Qərbi Darfurun Ərdamata kəndində də silahlı qruplar tərəfindən 800 nəfərin öldürülməsi xəbərləri yayılıb.

Ərazidə 100-ə yaxın sığınacaq yerlə-yeksan edilib. Bölgədə BMT-nin humanitar yardımı talan edilib.

BMT xatırladıb ki, 2023-cü ilin aprelindən Sudanda silahlı münaqişə zamanı 4,8 milyondan çox sudanlı məcburi köçkün vəziyyətinə düşüb, daha 1,2 milyon insan isə ölkəni tərk edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: