Xorvatiyanın müdafiə naziri Mario Banoziç ölkənin şərqində yol qəzasına düşüb və ağır yaralanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində 1 nəfər ölüb. Onun nazirliyin əməkdaşı olub-olmadığı məlum deyil.
Həkimlərin sözlərinə görə, 44 yaşlı nazirin həyatı üçün təhlükə yoxdur: “O, kəllə-beyin travması alıb, amma huşu yerindədir”.
Nazirliyin hadisə ilə bağlı yaydığı açıqlamada araşdırmanın aparıldığı qeyd olunub.
Hadisənin səbəbi hələ ki, məlum deyil.