Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Türkiyədə səfərdədir.
NUHÇIXAN xəbər verir ki, noyabrın 13-də Baş katibin Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşü olub. Görüş zamanı Türkiyə-Avropa Şurası münasibətləri və şuranın gündəliyində duran məsələlər müzakirə olunub.
Xatırladaq ki, Türkiyə 1949-cu ildə yaradılan Avropa Şurasının qurucu üzvlərindən biridir.