KİV: “Qərb Ukraynanı ərazi güzəştinə getməyə məcbur edə bilər”

A- A A+

“Qərb müharibənin dayandırılması naminə Ukraynanı ərazi güzəştinə getməyə məcbur edə bilər”.

NUHÇIXAN xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Telegraph” qəzeti yazıb.

Bildirilib ki, Qərb Rusiya ilə sülh danışıqları üçün Ukraynaya təzyiq göstərə bilər:

“Kiyevdə bir çoxu, o cümlədən Prezident Volodimir Zelenski münaqişənin dondurulmasından və Ukraynaya beynəlxalq ictimaiyyətin diqqətinin azalmasından narahatdır. Bu, Zelenskini xüsusilə narahat edir”.

Həmçinin qeyd olunub ki, Ukraynada Zelenski ilə hərbçilər arasında gərginlik yaranıb: “Tərəflər arasındakı gizli gərginlik artıq ictimaiyyətə də məlumdur”.

Nəşr xatırladıb ki, bir müddət əvvəl Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı arasında gərginlik yaranmışdı:

“Son 5 ayda gedən döyüşlərdə Ukrayna ərazisinin yalnız kiçik bir hissəsini azad edib. Rusiya isə hələ də ölkə ərazisinin beşdə birinə nəzarət edir”.

Həmçinin vurğulanıb ki, artıq Vaşinqton Konqresin Ukraynaya daha çox pul verməkdən imtina etdiyini bildirib.

Qeyd edək ki, daha əvvəl Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borel ABŞ-nin Ukraynaya dəstəyinin azala biləcəyi barədə xəbərdarlıq etmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: