Amerikalıların 70 faizi Baydenin iqtisadi kursunu bəyənmir

A- A A+

Amerikalıların təxminən 70 faizi ABŞ Prezidenti Cozef Baydenin iqtisadi kursunun iqtisadiyyata ciddi zərər vurduğunu düşünür.

NUHÇIXAN xəbər verir ki, bu barədə məlumat “Financial Times” qəzetinin Miçiqan Universiteti nəzdində fəaliyyət göstərən Stiven Ross Biznes Məktəbi ilə birlikdə keçirdikləri sorğunun nəticələrində əksini tapıb.

Sorğunun nəticələrinə əsasən, respondentlərin yalnız 14 faizi Cozef Baydenin prezidentliyi dövründə maliyyə vəziyyətlərinin yaxşılaşdığını bildirib.

Noyabrın 2-dən 7-dək keçirilən sorğuya mindən çox amerikalı qatılıb. Tədqiqatın nəticələri ABŞ-ın hazırkı prezidentinin ikinci müddətə seçilmək perspektivinə kölgə salan son əlamətlərdən biri hesab olunur.

Demokratlar partiyasının bəzi nümayəndələri 2024-cü ildə yenidən prezident seçilmək istəyən Cozef Baydenin seçki kampaniyasının gedişindən narahatdır. Bu, Amerika liderinin komandasının dövlət başçısının iqtisadi sahədə nailiyyətlərini, o cümlədən məşğulluq sahəsində artımı müsbət təqdim edə bilməməsi ilə bağlıdır.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri gələn ilin noyabr ayında baş tutmalıdır. Aprelin 25-də Cozef Bayden ali dövlət postuna təkrar seçilmək üçün mübarizə aparacağını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: