Qazaxıstanda əhalinin sayı 20 milyon nəfərə yaxınlaşır

A- A A+

2023-cü il ərzində Qazaxıstan əhalisinin sayı 1,41 faiz artaraq 19,9 milyon nəfərə çatıb.

NUHÇIXAN Kazinform agentliyinə istinadla xəbər verir ki, əhalinin ümumi artım tempi 1,28-1,49 faiz arasında dəyişir. 2022-ci il isə bu göstəriciyə görə istisna təşkil edib, ötən il ölkədə ilk dəfə 3,3 faizlik artım qeydə alınıb.

2023-cü il sentyabrın 1-nə olan məlumata əsasən, əhalinin sayına görə ilk yerdə Almatı şəhəri (2,2 milyon nəfər), sonra Türküstan vilayəti (2,1 milyon nəfər) və Almatı vilayəti (1,5 milyon nəfər) gəlir. Ölkədə qadınların sayı kişilərin sayından 4,96 faiz çoxdur. Əhalinin 35,5 faizini – 7 milyonunu 18 yaşadək, 2,7 milyonunu 18-29 yaş arasında olan insanlar təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: