Rusiyanın Petropavlovsk-Kamçatski şəhəri yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Kamçatka diyarının "Telegram" kanalında bildirilib.
"Kamçatka sakinlərinin bu gün hiss etdiyi zəlzələ Petropavlovsk-Kamçatskidən 85 km aralıda baş verib. Zəlzələnin ocağı 32 km dərinlikdə yerləşib. Maqnitudası 5,2 olub", - deyə qeyd olunub.