İsveçin böyük şəhərlərində COVID-19-a rekord yoluxma səviyyəsi qeydə alınıb

A- A A+

İsveç Kənd Təsərrüfatı Universitetindən olan tədqiqatçıların məlumatına əsasən, bir neçə böyük şəhərdə tullantı sularının analizi COVID -19-a yüksək rekord yoluxma səviyyəsini göstərib. NUHÇIXAN xəbər verir ki, artım demək olar ki, bütün ölkə üzrə davam edir.

Karolina İnstitutunun klinik virusologiya şöbəsinin professoru Əli Miraziminin sözlərinə görə, COVID -19-a yoluxma səviyyəsinin indi niyə belə yüksək olduğunu söyləmək çətindir, ilin bu fəslində yoluxanların sayının artması gözlənilir. Bundan əvvəl – pandemiya vaxtı da belə idi.

“Məsələ ondadır ki, indi cəmiyyətdə peyvənd olunanların və dəfələrlə bu xəstəliyi keçirənlərin sayının çox olması fonunda yoluxmaların artımı faktiki olaraq nəzərə çarpmır”, - deyə o bildirib.

Bəzi regionlar və bələdiyyələr, eləcə də dövlət epidemioloqu Maqnus Qisslen yaşlı insanlar və digər risk qruplarından olan şəxslərlə təmasda diqqətli olmağa çağırıblar.

Ölkənin bəzi hissələrində COVID-19-un yayılmasının çoxalması səhiyyə sisteminə təzyiqin artmasına gətirib çıxarıb.

Artıq bir neçə həftədir milli kampaniya keçirilir, onun gedişində yaşlı insanlara və digər risk qruplarından olan şəxslərə COVID-19 əleyhinə vaksinin əlavə dozası tövsiyə olunur. Əli Miraziminin sözlərinə görə, məlumatlar göstərir ki, yeni vaksin cəmiyyətdə dövr edən virusların yayılmasından qorunmaq üçün bundan əvvəl istifadə edilən vaksinlərdən daha yaxşıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: