Volodimir Zelenski Rusiya ilə münaqişənin dondurulmasının əleyhinədir

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə münaqişənin dondurulmasının əleyhinə çıxıb.

NUHÇIXAN xəbər verir ki, Volodimir Zelenski bunu afrikalı jurnalistlərin suallarını cavablandıran zaman deyib.

Ukrayna Prezidentinin fikrincə, dondurulmuş münaqişə pat vəziyyətini ifadə edir. O, ölkəsinin 2014-cü ildə belə vəziyyətdə olduğunu qeyd edib. “Dondurulan münaqişə yatan və mütləq oyanacaq vulkana bənzəyir”, - deyə Volodimir Zelenski bildirib.

Dövlət başçısının sözlərinə görə, “Kiyev heç bir pat vəziyyətinə razı deyil. Biz sülh istəyirik, lakin sonluq müxtəlif ola bilər”.

Ukrayna Prezidenti bildirib ki, Rusiya “sülh formulunun” şərtlərini yerinə yetirsə, müharibə sona çatacaq. “Sülh formulunda” ayrı bir bənddə “Ukraynanın ərazi bütövlüyünün bərpası” tələbi yer alır. Kiyev müstəqillik əldə etdiyi 1991-ci ildə respublikanın tərkibində olan əraziləri geri qaytarmağa çalışır.

Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev isə öz növbəsində bildirib ki, Volodimir Zelenskinin təklif etdiyi “sülh formulu” Kiyevin danışıqlara hazır olmadığını bir daha nümayiş etdirir. Ukraynanın sülh planında Rusiyanın tam kapitulyasiyası tələbi var ki, bu da hazırda danışıqları mümkünsüz edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: