Nikol Paşinyan: “Qarabağ məsələsini Ermənistan dövlətçiliyinin inkişafına qarşı istifadə edirdilər”

A- A A+

“Qarabağ məsələsini Ermənistan dövlətçiliyinin inkişafına qarşı alət kimi istifadə edirdilər”.

NUHÇIXAN xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə dövlət büdcəsinin müzakirələri zamanı deyib.

Onun sözlərnə görə, bu məsələni elə istifadə edirdilər ki, onun həlli ölkənin mövcudluğuna son qoya bilərdi.

Nikol Paşinyan qeyd edib ki, ermənilər Qarabağla bağlı istəyinə nail ola bilməzdi və xüsusən də bu 1996-cı il ATƏT-in Lissabon sammitindən sonra baş verdi.

“Bu tədbirin qapalı rəsmi görüşlərində və banketlərdə bizi bunun həll olunmasının mümkünlüyünə inandıranlar, həvəsləndirənlər yalnız erməni dövlətinin qurulmaması məqsədi güdürdülər. Ən azı 1996-cı ildən sonra Qarabağ məsələsi yox idi. Əvəzində Ermənistan Respublikası məsələsi var idi. 1998-ci il, 27 oktyabr 1999-cu il, 2020 və 2023-cü il hadisələrini bu kontekstdə nəzərdən keçirmək lazımdır”, - Nikol Paşinyan deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: