“ABŞ dünyada yeni pandemiya və epidemiyalara səbəb ola bilər”.
NUHÇIXAN xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
O bildirib ki, ABŞ hərbi-bioloji proqramları həyata keçirməyə davam edir.
N.Patruşevin sözlərinə görə, ABŞ Rusiya ətrafında laboratoriyalar şəbəkəsi yerləşdirib: “Kiyevin biosilahlardan istifadə edərək təxribat törətməsi ehtimalı artır. Bioloji risklərin monitorinqi və təhlükələrin aradan qaldırılması sistemi inkişaf etdirilməlidir”.