"İndi bəşəriyyətin gələcəyi ilə bağlı çox mühüm mərhələdən keçirik”.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Altınbaş Universitetinin yeni tədris ilinin açılışında çıxışı zamanı deyib.
O bildirib ki, dünya daha çətin durumla qarşılaşa bilər: “Bunu tam məsuliyyətimlə deyirəm. Ya yeni dünya nizamı qurulacaq, ya da dünya sürətlə Üçüncü Dünya müharibəsinə doğru gedir. Yeni dünya sisteminin formalaşması zəruridir".
N.Kurtulmuş vurğulayıb ki, rəsmi Ankara indi məsuliyyətli davranır.