“New York Times”ın redaktoru qəzetin siyasətinə etiraz edərək istefa verib: "Artıq yalanlar yoxdur"

A- A A+

ABŞ-nin məşhur “New York Times” nəşrinin bazar günü əlavəsinin redaktoru Anne Boyer istefa verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında məlumat verib.

Redaktor buna səbəb kimi qəzetin İsrail və HƏMAS arasında olan müharibə ilə bağlı qərəzli siyasətini göstərib.

“Artıq müharibəni qızışdıran yalanlar yoxdur. Dünya, gələcəyimiz, ürəyimiz Yaxın Şərqdəki müharibəyə görə kiçilir", - o bildirib.

Jurnalist qeyd edib ki, bəzən yaradıcı adamlar üçün etirazın ən yaxşı yolu nəyisə rədd etməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: