Keçmiş amerikalı diplomat Ças Friman rəsmi Vaşinqtonun dünya ölkələrinin əksəriyyətinin dəstəyini itirdiyini bəyan edib. O, buna səbəb kimi ABŞ-ın Ukrayna və Yaxın Şərqdə yürütdüyü siyasəti göstərir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ç.Friman “Daniel Davis / Deep Dive” yutub kanalına verdiyi müsahibədə bildirib.
“Ukrayna münaqişəsindən sonra müşahidə etdiyimiz dönüş nöqtəsi ondan ibarətdir ki, ABŞ artıq əksər dünya dövlətlərinin dəstəyindən məhrum olub” – o deyib.
Ças Friman, həmçinin əlavə edib ki, daha əvvəl NATO-ya üzv ölkələr, Yaponiya, Cənubi Koreya ABŞ-a dəstək göstərirdilər, indi isə ölkə bu dəstəyi də itirib. “Bu vəziyyət bütün dünyanın Vaşinqtona münasibətində dönüş nöqtəsi deməkdir” – Friman əlavə edib.