Rusiya Finlandiyaya xəbərdarlıq edib: "Anti-Rusiya hərəkətləri cavabsız qalmayacaq"

A- A A+

Rusiya Finlandiyaya xəbərdarlıq edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin departament direktoru Sergey Belyayev “RİA Novosti”yə müsahibəsində danışıb.

O bildirib ki, 2022-ci ilin fevralından sonra Finlandiya ardıcıl formada anti-Rusiya siyasəti yeritməyə başlayıb: “Rusiya-Finlandiya dialoqunun inkişafına Helsinkinin NATO-ya daxil olması da mane olub. Rusiya bu ölkənin anti-Rusiya hərəkətlərini cavabsız qoymaq niyyətində deyil”.

XİN rəsmisinin sözlərinə görə, müharibə başlayandan sonra Finlandiya Ukrayna tərəfini aktiv şəkildə dəstəkləməyə, silah tədarük etməyə, həmçinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

S. Belyayev söyləyib ki, rəsmi Helsinki Alyansa üzv olduqdan sonra tərəflər arasında vaxtı ilə inkişaf etmiş iqtisadi və ticarət sahəsindəki əməkdaşlığa da bərpası çətin olan ziyan dəyib: “Finlandiya hökuməti 2022-ci ilin sentyabrında rusların turizm məqsədilə Şengen vizası ilə ölkəyə daxil olmalarına qadağa qoyub. Təəssüf ki, Finlandiya hakimiyyətinin indiki rusofob kursu ilə istənilən ssenari mümkündür. Qətiyyətlə deyə bilərik ki, hər hansı anti-Rusiya hərəkəti cavabsız qalmayacaq”.

Qeyd edək ki, 2023-cü ilin iyul ayından Finlandiya hakimiyyəti daşınmaz əmlakı olan Rusiya vətəndaşlarının ölkəyə girişinə məhdudiyyətlər tətbiq edib. Oktyabr ayında Finlandiya Avropa Komissiyasının qərarına qoşulub və Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini qadağan edib. Noyabrın əvvəlindən Rusiyadan olan velosipedçilər Finlandiyaya İmatra, Nujamaa və Vaalimaa keçid məntəqələrindən keçməsinə icazə verilmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: