Vladimir Putin G20 sammitinə videomüraciət ünvanlayacaq

A- A A+

Rusiya Prezidenti Vladimir Putin G20 liderlərinin noyabrın 22-də keçiriləcək sammitinə videomüraciət ünvanlayacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Rossiya" telekanalının aparıcısı Pavel Zarubin bildirib.

O qeyd edib ki, bu, V. Putinin uzun müddətdən sonra ABŞ Prezidenti Cozef Bayden və Böyük Britaniya Baş naziri Rişi Sunakla eyni tədbirdə ilk iştirakı olacaq.

Rusiya liderinin dünyadakı qeyri-sabitlik barədə danışacağı gözlənilmir.

Sammitə Hindistan ev sahibliyi edəcək.

Qeyd edək ki, G20-yə Türkiyə, Rusiya, ABŞ, Almaniya, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Fransa, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Səudiyyə Ərəbistanı, Yaponiya və Avropa İttifaqı daxildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: