Rusiya və Ukrayna arasında hərbçilərin meyitlərinin mübadiləsi baş tutub.
NUHÇIXAN xəbər verir ki, bu barədə “RBC-Ukraine” hərbi əsirlərin müalicəsi üzrə Ukrayna koordinasiya qərargahına istinadən məlumat yayıb.
Məlumata əsasən, 94 ukraynalı hərbçinin meyiti artıq Ukrayna ərazisinə gətirilib.
Qərargahdan həmçinin bildirilib ki, beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, rusiyalı döyüşçülərin meyitləri qarşı tərəfə verilib, lakin onların sayı qeyd olunmayıb.
Rusiya tərəfi hələlik meyitlərin təhvil verilməsi barədə açıqlama verməyib.
Xatırladaq ki, sonuncu dəfə Rusiya və Ukrayna arasında ölən hərbçilərin cəsədlərinin dəyişdirilməsi prosesi oktyabrın 6-da baş tutub.