KİV: “Argentinada prezident seçkilərində qalib gələn Xavyer Mileyin arxasında erməni iş adamı dayanır”

A- A A+

“Corporación América” konqlomeratının 90 yaşlı sahibi və Argentinanın dördüncü ən varlı adamı Eduardo Ernekyan bu ölkənin yeni prezidenti, “motorlu mişarlı iqtisadçı” ləqəbli Xavyer Mileyi dəstəkləyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “The Financial Times”ın məqaləsində deyilir.

“Argentinanın biznes elitası Libertarlar Partiyasına rəhbərlik edən, dövlətə qarşı “motorlu mişar”dan istifadə edəcəyinə və iqtisadiyyatı dollarlaşdıracağına söz verən Xavyer Mileyin gözlənilməz liderliyinə skeptik yanaşır. Amma Miley qalib gələn zaman bir korporativ titan onu sakitcə dəstəkləyir. Bu, “Corporación América” konqlomeratının 90 yaşlı sahibi və Argentinanın dördüncü ən varlı adamı Eduardo Ernekyandır”, - nəşr yazıb.

Məqalədə qeyd edilir ki, KİV-dən və hava limanlarından sərvət qazanmış iş adamı 2008-2021-ci illərdə X.Mileyin rəisi olub və onu şirkətinin baş iqtisadçısı edib: “Onlar arasında şəxsi münasibətlər yaranıb ki, analitiklərin fikrincə, bu, 52 yaşlı Mileyin işinə təsir göstərib”.

“Financial Times”a verdiyi müsahibədə Ernekyan Mileyə güvənini təsdiqləmiş, lakin xüsusi qeydini etməyi də unutmamışdı: “Düşünürəm ki, Mileydən yaxşı prezident olardı. Amma mənə dollar lazım deyil”.

Bir çox investorlar Mileyin Argentinanın xroniki inflyasiyasını dayandırmaq üçün iqtisadiyyatı dollarlaşdırma siyasətindən narahatdır. Ölkənin ABŞ ilə iqtisadi əlaqələri azdır, valyuta ehtiyatları isə təhlükəli dərəcədə aşağıdır.

Ernekyan dollarlaşmanı Argentinanın problemlərinin “sadələşdirilməsi” kimi qiymətləndirir.

Xatırladaq ki, Argentinada keçirilən prezident seçkilərində sağçı siyasətçi, Libertarlar Partiyasına rəhbərlik edən Xavyer Miley 56 faiz səs toplamaqla qalib gəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: