"Rusiya Prezidenti Vladimir Putinin danışıqlara başlamaq və döyüşləri dayandırmaq istədiyini göstərən heç bir siqnal yoxdur".
NUHÇIXAN xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Skopyada mətbuat konfransında deyib.
O bildirib ki, NATO müttəfiqləri Ukraynaya hərbi yardımı davam etdirməlidir: "Bu, döyüş meydanında vəziyyətin çətinliyini nəzərə alsaq, bu gün daha da vacibdir".