Rusiya XİN Ermənistanın KTMT sammitində iştirak etməmək qərarına münasibət bildirib

A- A A+

Ermənistanın Minskdə keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Sammitində iştirak etməmək qərarı təəssüf doğursa da, qapılar açıqdır.

NUHÇIXAN xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı deyib.

“Biz inanmırıq ki, bu qərar erməni xalqının uzunmüddətli maraqlarına cavab verir və dost ölkənin təhlükəsizliyinin, sabitliyinin möhkəmlənməsinə töhfə versin.

Eyni zamanda, biz anlayırıq ki, erməni həmkarlarımız təşkilatın nizamnamə orqanlarının işini əngəlləmək və ya artıq razılaşdırılmış sənədlərin təsdiqinə mane olmaq niyyətində deyillər”, - Zaxarova qeyd edib.

O vurğulayıb ki, bu, İrəvan üçün açıq qapılar qoyur və Ermənistana gələcəkdə KTMT-nin fəaliyyətinə qoşulmağa imkan verir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: