“Qəzzada əldə olunan atəşkəsin döyüşlərin tam dayandırılmasına töhfə verəcəyini arzu edirik”.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Rəsmi Ankara İsraillə HƏMAS arasında əldə olunan humanitar atəşkəsi alqışlayıb: “Bunu müsbət addım kimi qiymətləndiririk. Əsirlərin bir hissəsinin azad buraxılması, Qəzzaya daşınan humanitar yardımın həcminin artırılması ilə bağlı razılığa əməl olunmasını gözləyirik”.
Türkiyə XİN, həmçinin Qətərin səylərini dəstəklədiyini bildirib.
Qeyd edək ki, noyabrın 21-də İsrail ordusu ilə HƏMAS arasında müvəqqəti atəşkəs elan edilib. Atəşkəsin 5 gün davam edəcəyi gözlənilir.