UNESCO-nun baş konfransı 40 ildə ilk dəfə Parisdən kənarda keçiriləcək

A- A A+

UNESCO-nun baş konfransının Parisdə keçirilən 42-ci sessiyasında növbəti sessiyanın 2025-ci ildə Səmərqənd şəhərində təşkili rəsmən təsdiq edilib.

NUHÇIXAN xəbər verir ki, beləliklə, UNESCO-nun baş konfransı 40 il ərzində ilk dəfə Parisdən kənarda keçiriləcək. Fransanın paytaxtında baş tutan 42-ci sessiyada 2025-ci ildə 43-cü sessiyanın Özbəkistanın Səmərqənd şəhərində keçirilməsi təklifi dəstəklənib və müvafiq qərar qəbul olunub.

Tədbir Parisdən kənarda sonuncu dəfə 1985-ci ildə Bolqarıstanın Sofiya şəhərində keçirilmişdi.

Qeyd edək ki, 1945-ci ilin noyabrında əsası qoyulan və baş qərargahı Parisdə yerləşən UNESCO BMT-nin təhsil, elm, mədəniyyət və Ümumdünya İrs Siyahısına daxil olan obyektlər üzrə ixtisaslaşmış qurumudur. Təşkilata 193 dövlət üzvdür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: