Macarıstanın Baş naziri Viktor Orban bəyan edib ki, Avropa İttifaqı Ukraynadakı böhranla əlaqədar təkbaşına qalmağa hazır olmalıdır, çünki Birləşmiş Ştatlar ona müdaxilə etməyi dayandıra bilər.
NUHÇIXAN Macarıstanın MTI agentliyinə istinadla xəbər verir ki, Orban həmçinin Respublikaçılar partiyasının prezident seçkilərində qalib gələcəyi və Konqresdə səs çoxluğuna malik olacağı təqdirdə Vaşinqtonun siyasətinin dəyişə biləcəyini söyləyib.
Macarıstanın hökumət başçısı deyib: “Əgər daha skeptik əhvali-ruhiyyədə olan Respublikaçılar hakimiyyətə gələrsə, onda Avropa nəhəng geosiyasi münaqişə ilə təkbaşına mübarizə aparmalı, problemin demək olar ki, qeyri-mümkün həlli yollarını tapmalı və çətinliklərlə üzləşməli olacaq”.