Paşinyan: “Ermənistanda beynəlxalq standartlara cavab verən ali məktəb yoxdur”

A- A A+

“Ermənistanda beynəlxalq standartlara cavab verən bir dənə də olsun ali məktəb yoxdur”.

NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib.

“Biz, məsələn, ali məktəblərin beynəlxalq standartlara uyğun lisenziyalaşdırılmasını və akkreditasiyasını bəyan ediriksə, bu, o deməkdir ki, Ermənistanda istisnasız olaraq bütün ali məktəblər bağlanmalıdır”, - o bildirib.

Baş nazirin sözlərinə görə, buna görə gənclər beynəlxalq meyarlara cavab verən təhsil almaq imkanından məhrum olurlar.

N.Paşinyan əlavə edib ki, yalnız bir neçə ali məktəb əcnəbi tələbələri cəlb edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: