Ukrayna ordusunun baş komandanından etiraf: “Cəbhədə vəziyyət ağırdır”

A- A A+

“Cəbhədə vəziyyət ağırdır”.

NUHÇIXAN xəbər verir ki, bunu Ukrayna ordusunun baş komandanı Valeri Zalujnı Teleqramda yazıb.

O bildirib ki, vəziyyət mürəkkəbdir, amma idarəolunandır: “Mən Ramşteyn formatında keçirilən görüşdə tərəfdaşlarımızı döyüş meydanındakı vəziyyətlə bağlı ətraflı məlumatlandırdım”.

Qeyd edək ki, Ramşteyn formatında görüş noyabrın 22-də videokonfrans vasitəsilə baş tutub.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: