Lukaşenko: “KTMT təhlükəsizliyin gücləndirilməsi ilə bağlı yeni həll yolları tapmalıdır”

A- A A+

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr təhlükəsizliklərini gücləndirmək üçün yeni həll yolları tapmalı olacaqlar”.

NUHÇIXAN Belarus KİV-lərinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə keçirilən KTMT sammitində deyib.

“Təşkilatımız üzv dövlətlərin və bütövlükdə Avrasiya regionunun təhlükəsizliyinin təmin edilməsinin ayrılmaz elementi olaraq qalır”, - o qeyd edib.

Onun sözlərinə görə, bu gün demək olar ki, Belarus tərəfinin ötən ilin noyabrında qarşıya qoyduğu məqsədlərə ümumilikdə nail olunub: “Əldə olunan nəticələr kollektiv uğurdur”.

A.Lukaşenko əlavə edib ki, Belarus KTMT-yə sədrliyi dövründə dostlarının və tərəfdaşlarının dəstəyi olmadan öz planlarını həyata keçirə bilməzdi.

Belarus lideri bildirib ki, sammitin gündəliyinə beynəlxalq və regional təhlükəsizliyin aktual problemləri daxildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: