İsrail ordusu HƏMAS donanmasının rəhbərini məhv edib

A- A A+

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Xan-Yunis şəhərində HƏMAS-ın dəniz qüvvələrinin komandiri Amar Əbu Cəlaləni məhv edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun teleqram kanalında məlumat verilib.

Hərbi dəniz qüvvələrinin rəhbəri ilə yanaşı, HƏMAS-ın daha bir zabiti öldürülsə də, onun şəxsiyyəti açıqlanmayıb.

Bundan əvvəl İsrail ordusu Fələstinin HƏMAS hərəkatının hava qüvvələrinin rəhbəri Asem Əbu Rakabanı məhv etmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: