İsrail ordusu sakinləri Qəzzanın şimal hissəsinə qayıtmamağa çağırıb

A- A A+

İsrail ordusu qəzzalıları anklavın şimal hissəsinə qayıtmamağa çağırıb.

NUHÇIXAN “The Times of İsrael” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) mətbuat xidməti məlumat yayıb.

İDF həmçinin dörd günlük humanitar atəşkəsin elan olunmasına baxmayaraq, Qəzza zolağının şimal hissəsinin müharibə zonası olaraq qalması ilə bağlı xəbərdarlıq edib və bu barədə havadan vərəqələr atılıb.

Qeyd edək ki, Fələstin rəsmiləri atəşkəs başlayan kimi Qəzzadan köçənlərin evlərinə qayıtmasına çağırış edib.

Xatırladaq ki, dünən səhər saatlarından etibarən İsrail və HƏMAS arasında 4 günlük humanitar atəşkəs qüvvəyə minib.

HƏMAS-la İsrail 50 israilli girov və İsrail həbsxanalarında saxlanılan 150 fələstinli qadın və uşağın azad edilməsi şərtləri daxilində Qəzza zolağında dörd günlük atəşkəsə razılaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: