Moldova fövqəladə vəziyyətin müddətini daha 30 gün uzadıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə ölkə parlamenti qərar qəbul edib.
Məlumata görə, qərar dekabrın 1-dən qüvvəyə minəcək.
Qeyd olunub ki, bu, regional təhlükəsizliklə bağlıdır.
Xatırladaq ki, Moldovada fövqəladə vəziyyət ötən il fevralın 24-də - Ukraynada müharibə başlayanda elan edilib. Daha sonra fövqəladə vəziyyətin müddəti 3 dəfə uzadılıb.