Polşanın blokadası səbəbindən Ukrayna zavodları bağlanır

A- A A+

Ukraynanın boru zavodları ölkənin Polşa ilə sərhədindəki keçid məntəqələrinin blokadası ilə bağlı vəziyyətə görə istehsalını dayandıra bilər.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin “Ukrtruboprom” mədən-metallurgiya kompleksinin sənaye assosiasiyasının saytında məlumat verilib.

“Ukrtruboprom”un bildirdiyinə görə, Ukrayna-Polşa sərhədində boru yüklü çoxlu yük maşınları dayanıb, nəticədə çatdırılma müddəti artıb. Assosiasiya xəbərdarlıq edib ki, tətilin digər Şərqi Avropa dövlətlərini də əhatə etməsi təhlükəsi var.

“Əgər bu baş verərsə, cəbhəyanı rayonlarda yerləşən demək olar ki, bütün boru zavodları dekabrın ortalarından istehsalı dayandırmalı olacaq”, - hesabatda deyilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: