Kiyev səmasında 40-dan çox kamikadze dronu zərərsizləşdirilib

A- A A+

Noyabrın 25-nə keçən gecə Rusiya silahlı qüvvələri Kiyevə iki istiqamətdən – cənub və şimaldan kamikadze dronları ilə hücum edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Kiyev şəhər Hərbi Administrasiyasının məlumatında isə qeyd olunur ki, Kiyev səmasında 40-dan çox “Şahed” kamikadze dronu hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Dronların qalıqlarının yerə düşməsi nəticəsində biri uşaq olmaqla, azı 5 mülki şəxs xəsarət alıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: