BMT-nin Baş katibi qadınlara qarşı zorakılıqla mübarizə aparmağa çağırıb

A- A A+

BMT-nin Baş katibi Antoniu Quterreş cəmiyyətdə davamlı inkişafı təmin etmək üçün qadınlara qarşı zorakılıqla mübarizəyə çağırıb.

NUHÇIXAN xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Qadınlara qarşı zorakılıq insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu, səhiyyə böhranına gətirib çıxarır və davamlı inkişafa maneələr yaradır. Gəlin, elə dünya yaradaq ki, burada qadınlara qarşı zorakılığın bütün formalarına dözümlülük nümayiş etdirilməsin”, - A.Quterreş qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: