Stoltenberq HAMAS və İsrail arasında müvəqqəti atəşkəslə bağlı razılaşmanın uzadılmasına çağırış edib

A- A A+

NATO Baş katibi Yens Stoltenberq HAMAS və İsrail arasında müvəqqəti atəşkəslə bağlı razılaşmanın uzadılmasına çağırış edib.

NUHÇIXAN xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq bloka üzv ölkələrin XİN rəhbərlərinin iclasından əvvəl mətbuat brifinqində deyib.

"Biz son on illiklərdə ən təhlükəli dünya ilə üz-üzəyik, artan qlobal rəqabət, Ukraynada və Yaxın Şərqdə müharibə ilə üzləşirik".

NATO Baş katibi HAMAS və İsrail arasında girovların azad olunmasına və daha çox humanitar yardımın çatdırılmasına gətirib çıxaran razılaşmanı alqışladığını bildirib.

"Mən bu müvəqqəti atəşkəsin uzadılması ilə bağlı çağırış edirəm, bu, daha çox girovların azad edilməsini və Qəzzadakı insanların ehtiyacı olduğu yardımı təmin edəcək. Bizim şahid olduğumuz bu əzablar bir daha sübut edir ki, dayanıqlı siyasi həllə ehtiyac var", - Stoltenberq vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: