Rostov vilayətində daşqınlar səbəbi ilə 500-dən çox insan təxliyə edilib

A- A A+

Xilasedicilər Rusiyanın Rostov vilayətində fəlakət zonasından 500-dən çox insanı təxliyə ediblər.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Regional Siyasət və Kütləvi Kommunikasiyalar Nazirliyi məlumat yayıb.

"Ümumilikdə, 500-dən çox insan, o cümlədən 120 uşaq daşqın zonasından təxliyə olunub. Onların bir qismi qohumlarının yanına, bəziləri isə müvəqqəti yerləşdirmə mərkəzlərinə yerləşdirilib”, - nazirlik region qubernatorunun müavini Sergey Bodryakovdan sitat gətirib.

Daha əvvəl regional hakimiyyət orqanları Rostov vilayətinin 100 minə yaxın sakininin işıqsız qaldığını bildirmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: