Blinkenlə Paşinyan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib

A- A A+

ABŞ-nin dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışıb.

NUHÇIXAN xəbər verir ki, məlumatı Ermənistan KİV yayıb.

Tərəflər Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması üzrə səyləri müzakirə ediblər.

Dövlət katibi bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması səylərini dəstəkləyir.

A.Blinken həmçinin Ermənistanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini bəyan edib. O, Ermənistanla ABŞ arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsini də vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: