Moskva hava limanlarında əlverişsiz hava şəraiti səbəbindən 30-a yaxın reys gecikib və ya təxirə salınıb.
NUHÇIXAN Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə “Yandex Schedule” xidmətinin məlumatında deyilir.
Moskvanın 3 hava limanında - “Şeremetyevo”, “Domodedovo” və “Vnukovo”da azı 24 reys gecikib, daha 6 reys təxirə salınıb.
“Vnukovo”da 6 reys gecikib, “Domodedovo”da 13 reys gecikib və 4 reys ləğv edilib, “Şeremetyevo”da 5 reys gecikib, 2 reys təxirə salınıb.