Ukraynada əlverişsiz hava şəraiti 10 nəfərin ölümünə səbəb olub

A- A A+

Ukraynada əlverişsiz hava şəraiti səbəbindən 10 nəfər ölüb, daha 23 nəfər yaralanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə "RBC-Ukraina" ölkənin daxili işlər naziri İqor Klimenkoya istinadən məlumat yayıb.

“Əlverişsiz hava şəraiti səbəbindən Odessa, Xarkov, Nikolayev vilayətləri və Kiyevdə 10 nəfər həlak olub. Daha 23 nəfər, eləcə də 2 uşaq xəsarət alıb”, - o bildirib.

Bildirilir ki, əlverişsiz hava şəraiti bir sıra magistral yollarda nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasına və ya tamamilə bağlanmasına səbəb olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: