Bolqarıstan Sosial Müdafiə Nazirliyinin və Milli Statistika İnstitutunun məlumatına görə, ölkə əhalinin sayı azalmaqda davam edir.
NUHÇIXAN xəbər verir ki, 2021-ci ildə keçirilən sonuncu siyahıyaalmanın nəticələrinə əsasən, Bolqarıstanda 6 milyon 520 min nəfərin yaşadığı və bu il təqaüdçülərin sayının 12 min 300 nəfər artaraq 2 milyon 39 nəfərə çatacağı bildirilir.
Milli Statistika İdarəsinin məlumatında demoqrafik problemlərin davam edəcəyi təqdirdə 2075-ci ildə əhali sayının 4,9 milyon nəfərə enəcəyi, 65 yaşdan yuxarı vətəndaşların isə əhalinin 25,5 faizini təşkil edəcəyi qeyd olunub.
1989-cu ildə 8 milyona yaxın insan yaşadığı Bolqarıstan 2007-ci ildə Avropa İttifaqına qəbul edildikdən sonra vətəndaşlarının təxminən 2 milyonu digər ölkələrə gedib. 2022-ci ilin sonunda Bolqarıstanda əhalinin sayı 6 milyon 447 min nəfər olub.