Rusiya XİN NATO ilə silahlı münaqişənin yarana biləcəyini istisna etməyib

A- A A+

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Serqey Ryabkov Rusiya ilə NATO arasında silahlı münaqişənin yarana biləcəyini istisna etməyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə diplomat “İzvestiya” qəzetinə müsahibəsində danışıb.

Ryabkovun sözlərinə görə, mümkün eskalasiya tamamilə Şimali Atlantika Müqaviləsi Təşkilatının fəaliyyətindən asılıdır:

“Seçim tamamilə NATO-nun əlindədir. Rusiya əlində olan bütün vasitələrlə öz milli maraqlarını müdafiə etməyə hazırdır. Moskva üçün ən vacib istiqamətdə Rusiyanın maraqlarına sonsuz müdaxilə təhlükəli yoldur”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: