Stoltenberq: Ukraynaya F-16 qırıcılarının nə vaxt veriləcəyi hələlik məlum deyil

A- A A+

Ukraynaya F-16 qırıcılarının tədarükünün vaxtı hələ bəlli deyil və bu pilotların hazırlıq müddətindən asılıdır.

NUHÇIXAN xəbər verir ki, Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberq bu barədə Ukrayna-NATO Şurasının iclasının nəticələrinə həsr olunan mətbuat konfransında deyib.

“Ukraynaya F-16 qırıcılarının tədarükü Rusiya ordusunun itkilərini artıracaq, lakin o, döyüş meydanında vəziyyəti fundamental dəyişə bilən “gümüş güllə” deyil”, - deyə Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, Ukraynaya tədarük olunması üçün təyyarələr var və bu, pilotların hazırlıq müddətindən asılı olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: