NATO və Ukrayna 2024-cü il üçün əməkdaşlıq proqramı imzalayıb

A- A A+

NATO və Ukrayna 2024-cü il üçün enerji təhlükəsizliyi və Ukrayna Silahlı Qüvvələrinin təlimini əhatə edən əməkdaşlıq proqramı imzalayıb.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq NATO-Ukrayna Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

“Biz 2024-cü il üçün geniş əməkdaşlıq proqramı imzaladıq, bu proqrama enerji təhlükəsizliyi, innovasiyalar və Ukrayna ilə NATO qüvvələrinin uyğunluğunun artırılması üzrə əməkdaşlıq daxildir”, - o qeyd edib.

Onun sözlərinə görə, tərəflər Kiyevin alyansa yaxınlaşmaq üçün həyata keçirməli olduğu islahatları, o cümlədən hərbi təchizat sistemi və kəşfiyyat xidmətlərində islahatları müzakirə ediblər: “Biz həmçinin Ukraynanı NATO-ya yaxınlaşdırmaq üçün zəruri olan Ukraynada islahatlar prioritetləri ilə bağlı tövsiyələr təqdim etdik. Bura korrupsiya ilə mübarizə, qanunun aliliyinin gücləndirilməsi, insan hüquqlarının qorunması daxildir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: