Mask Baydenə səs verməyəcəyini bildirib

A- A A+

Amerikalı milyarder İlon Mask 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində ABŞ Prezidenti Co Baydenə səs verməyəcəyini bildirib.

NUHÇIXAN xəbər verir ki, o, bu barədə “New York Times“ qəzetinin təşkil etdiyi konfransda danışıb.

"Mən Baydenə səs verəcəyimi düşünmürəm", - deyə o bildirib.

Bundan əvvəl NBC telekanalı amerikalıların əksəriyyətinin seçkilərdə keçmiş ABŞ prezidenti Donald Trampı dəstəkləyəcəyini bildirmişdi.

"The Independent" həmçinin qeyd edib ki, Qəzza və Ukraynadakı münaqişələr Baydenin yenidən seçilməsi ilə bağlı suallar doğurur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: