Bu gün gecə saatlarında Almatıda hosteldə ümumilikdə 13 nəfərin ölümü ilə nəticələnən yanğın nəticəsində ölənlər arasında Rusiya və Özbəkistan vətəndaşları da var.
NUHÇIXAN xəbər verir ki, bu barədə Almatı şəhər administrasiyasının rəhbəri Erbolat Dosayev bildirib.
O qeyd edib ki, ölənlərin çoxu Qazaxıstan vətəndaşlarıdır, lakin onlar arasında bir Rusiya və bir Özbəkistan vətəndaşı da var.
Yanğın baş verən binadan 59 nəfər təxliyə edilib, onlardan 3-ü xəstəxanaya yerləşdirilib. Digər 56 nəfər isə müvəqqəti olaraq yaxınlıqdakı məktəb binasında yerləşdirilib.