Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Rusiya KİV-lərinin nümayəndələri ilə keçirdiyi görüşdə bildirib ki, ATƏT-in Minsk qrupu ötən illər ərzində Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində heç bir əməli addım atmayıb.
NUHÇIXAN Belarus KİV-lərinə istinadla xəbər verir ki, Aleksandr Lukaşenko münaqişənin həlinin yalnız Azərbaycan və Ermənistanın liderləri arasında razılıq əldə olunacağı təqdirdə mümkün olacağını əlavə edib. O deyib: “Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Minsk qrupu son on illər ərzində bu istiqamətdə heç bir iş görməyib və indi də görmür. İki ölkənin liderləri (Azərbaycan və Ermənistan-AZƏRTAC) bir araya gələrək yekun qərar verməyincə, bu problem həllini tapmayacaq”.